Terror təşkilatı bayrağını Türkiyə sərhədinə ASDI - FOTO

Baxış sayı:
1681

Suriyanın Raqqa şəhərinə bağlı Tel Abyad rayonu və sərhəd xəttinə terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin simvolu olan bayraq asılıb.
 
Türkiyəni Şanlıurfa rayonunun həmsərhədində yerləşən terror təşkilatı PYD/PKK-nın nəzarətindəki Tel Abyad rayon mərkəzində təşkilatın simvolu olan böyük bir bez parçası asılıb.
PKK/PYD terrorçuları Türkiyəyə gözdağı verirkən, TSK da sərhəddə təhlükəsizlik tədbirlərini artırmağa davam.
Qeyd edək ki, Tel Abyad rayonunda 2017-ci ilin 6 sentyabrında gömrük binasının üstündə ABŞ bayrağı qaldırılmışdı. İndi isə ABŞ bayrağının yerinə terror təşkilatının bayrağının asılması ilə Türkiyəyə mesaj verilir ki, “buralar bizimdir və bu torpaqları kimsəyə vermək fikrində deyilik”. Təbii ki, PKK bunu ABŞ-ın arxasında gizlənərək edir. Ancaq fərq etməz, çünki nəticədə terrorun Türkiyənin sərhədboyu ərazilərdə yerləşməsi, dövlət və ordu yaratmaq hazırlıqları qardaş ölkənin təhlükəsizliyinə daimi təhdiddir. Əslində bu terror dövlətinin yaradılmasının qayəsi ona xidmər edir ki, Türkiyənin Yaxın Şərqə çıxışı bağlansın, müstəqil geosiyasət yürüdə bilməsin və yenə də əvvəlki kimi ABŞ-dan asılı vəziyyətdə qalsın. Bu təkcə Türkiyə ilə bağlı deyil, terror dövlətinin regionda varlığı iran və İraq üçün də daimi təhdid ünsürüdür. Ona görə də bu daimi təhdid ünsürünü İraqda olduğu kimi birgə əməkdaşlıqla birdəfəlik aradan qaldıra və bununla da növbəti dəfə ABŞ və İsrailin Yaxın Şərq oyununu poza bilərlər.

Müxalifət.az