Terror aktları, qiyam: Rusiya BU ÖLKƏLƏRİ TUTACAQ və... – Dəhşətli SSENARİ AÇIQLANDI

Baxış sayı:
27415

Rusiya seçkilər zamanı Ukraynada stabilliyi poza bilər.
Bu haqda Ukraynanın “Apostrof” nəşrində ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin istefada olan 1-ci dərəcəli kapitanı, NATO-nun Rusiyadakı sabiq nümayəndəsi Harri Tabax bildirib.
“Əlbəttə, o bunu indi də edir. Bu, Ukrayna üçün bu gün ən böyük problemlərdən biridir, burada çox böyük qiyam təşkil edə bilərlər. Hər şey ola bilər: etirazlar, Baltikyanı ölkələrdə olduğu kimi rusdilli əhaliyə qarşı “diskriminasiya”, terror aktları. Amma onlar zamanla bu təşəbbüsü itirirlər, Ukraynada demokratik institutlar qurulduqca, Ukrayna mədəni cəmiyyətin bir hissəsi olduqca, Rusiyada iqtisadi və siyasi vəziyyət daha da pisləşdikcə, onlarda bunun üçün şanslar azalacaq. Amma bunun üçün lap çox işlər görmək lazımdır”, - o deyib.
Harri Tabax qeyd edir ki, Baltikyanı ölkələr üçün də risk var:
“Risk var. Onlar NATO-nun üzvüdürlər. Amma əgər Rusiya onlardan ən kiçiyi olan Estoniyanı tutacaqsa, onda NATO çətin ki, Estoniyaya görə Rusiyayla müharibəyə daxil olmağa hazır olacaq. Siyasi və diplomatik baxımdan, bu, diplomatlara və siyasətçilərə “böyük kozır” verir, amma müharibə nöqteyi-nəzərindən, mən hesab edirəm, siz NATO-ya bel bağlaya bilməzsiniz”./Publika