​“Teleradio” İB-də yeni təyinat

Baxış sayı:
3673

İlham Əfəndiyev Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin baş direktor müavini təyin olunub.
Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
İ.Əfəndiyev bundan əvvəl Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi vəzifəsində işləyirdi.
Qeyd edək ki, “Teleradio” İB DVB-T/T2 standartında yerüstü rəqəmsal yayım, DVB-S peyk yayımı, radio və peyk rabitəsini həyata keçirir.