​TEHRANA DAHA BİR ZƏRBƏ: Bu şirkət də İranda fəaliyyətini dondurdu

Baxış sayı:
5491

Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Almaniyanın “Mercedes” şirkəti ABŞ-ın iqtisadi sanksiyalarıyla əlaqədar İranla olan bütün fəaliyyətlərini ikinci təlimata qədər tamamilə dayandırdığını açıqlayıb.
TRT xəbər verir ki, şirkət prosesləri yaxından izlədiyini və gedişata uyğun addım atacağını bildirib.
“Mercedes” şirkətinin mənsub olduğu “Daimler” qrupu İrana əsasən yük avtomobillərinin ixracı ilə məşğul olub.
Qeyd edək ki, ABŞ İrana tətbiq etdiyi geniş sanksiyalar bu gün qüvvəyə minib. İranla əməkdaşlıq edən dövlətlər və şirkətlərin bu ölkə ilə əlaqələrə davam edəcəyi təqdirdə, onlara da sanksiya tətbiq ediləcəyi açıqlanıb. Bu səbəbdən yüzlərlə şirkət İranda fəaliyyətini dayandırıb.