Təbrizin bələdiyyə məmurundan Türkiyəyə qarşı təxribat

Baxış sayı:
4717

İranın Təbriz vilayətində Bələdiyyə sədrinin məsləhətçisi Bəxtiyar İzzetpenahın sosial mediada terror təşkilatı PKK-nı tərifləyən paylaşmalar etməsi bölgədə təzyiqi bir anda artırıb.
 
 Əhalisinin 98 faizi Azərbaycan Türklərindən ibarət olan Təbrizdə Bələdiyyə sədri İrac Şahinbaher, əhali tərəfindən artan təpkilərdən sonra məsləhətçisi İzzetpenahın vəzifədən çıxarıldığını açıqlayıb. Son dövr küçə nümayişlərinin artdığı İranda PKK tərəfdarı İzzetpenahın sosial media hesabından verdiyi açıqlamaya Təbriz xalqı böyük təpki göstərib. PKK dəstəkçisi məsləhətçinin vəzifədən çıxarılmadığı təqdirdə cümə namazından sonra məscidlərdə və bələdiyyə binasında mitinqlər keçiriləcəyi xəbərdarlığından sonra PKK tərəfdarı təxribatçı işindən azad olunub. Təbriz xalqı, İzzetpenahı Təbrizdə arzuolunmaz adam elan edib. Sosial media hesabındakı bölgülərində Türkiyə və Türk əsgərinə hücum edən İranlı İzzetpenah, "Afrini işğal edən Türk əsgərinə qarşı Urmiyadan Afrinə Kürd ittifaqı hədəfimizdir" deyə yazıb. Türk əsgərinin Afrində məğlub ediləcəyini iddia edən İzzetpenah, 6-7 oktyabr qətliamına görə həbsdə olan HDP həmsədri Selahattin Demirtaş haqqında da azadlıq mesajı verib.


 
SİRRƏ QƏDƏM BASDI
 
“Yeni təyin olunan bu Türk düşməni olan şəxs daha vəzifəyə gəlir gəlməz Türkiyəyə düşmənçilik və PKK-ya isə dəstək verməyə başlayıb. Bəxtiyar İzzetpenah, sosial media ünvanında özünü Kürdüstan aktivisti kimi təsvir edir. Bununla da kifayətlənməyərək bir də Türkiyə əleyhinə, PKK-nın isə xeyrinə olan paylaşmalar edir. Təbriz belə bir xəyanətə səssiz qalmadı. Bəhs edilən şəxs, sosial media hesablarını dünən gecə etibarilə bağlayaraq yox oldu. Təbriz xalqı Türkiyə əleyhinə heç bir ritorika və hərəkətə səssiz qalmaz və qalmayacaq".
Müxalifət.az