Tbilisidə yaşayış binasında partlayış - XƏSARƏT ALANLAR VAR

Baxış sayı:
1381

Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yerləşən beşmərtəbəli yaşayış binalarının birində partlayış baş verib. “Report”un xəbər verir ki, partlayışa səbəb qaz sızması səbəb olub.

Nəticədə 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış binada dağıntılara səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.