​Tbilisidə anbarda güclü yanğın başladı - FOTO

Baxış sayı:
4000

Tbilisidə Vağzal meydanı adlandırılan ərazidə yerləşən anbarda güclü yanğın baş verib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub.
İlkin məlumatlara görə, yanğın nəticəsində 200 kv. metr sahə yanıb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.
Hazırda yanğının lokallaşdırılması üçün işlər aparılır.
Anbarda istifadə olunmuş geyim əşyaları saxlanılır.