Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var

Baxış sayı:
15301

Bu gün günorta saatlarında Şəkinin Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib. Muxalifet.az xəbər verir ki, sahələrdə başlayan yanğın daha sonra yaxınlıqda olan 3 evə keçib. Yanğın zamanı 33 yaşlı kənd sakini Tural Nəmişov yanıq xəsarətləri alaraq, Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Şəki, Yevlax və Oğuz rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.