Tarixi zirvə böhranla bitdi! ABŞ ilə Şimali Koreya razılaşmadı

Baxış sayı:
8443

 ABŞ rəhbərliyi prezident Donald Tramp və Şimali Koreya lideri Kim Jong arasında Vyetnamda aparılan danışıqlarda razılıq əldə olunmadığını açıqlayıb.
 
Ağ Evdən edilən açıqlamada, toplantının qısa sürdüyü, iki liderin anlaşa bilmədiyi, Tramp və Kim Jong-un mətbuat konfransında iştirak etmədən oteldən ayrıldıqları bildirilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Jong Vyetnamın paytaxtı Hanoyda sammitin ikinci günü çərçivəsində bu gün səhər danışıqlara başlamışdı. Təkbətək görüş öncəsi iki lider isti mesajlar vermişdi. Tramp, "Şimali Koreya ilə nüvə müqaviləsi məsələsində tələskənlik etməyəcəyəm. Əhəmiyyətli olan doğru bir müqavilə bağlamaqdır "deyərkən, Şimali Koreya lideri Kim isə," Ecazkar bir dialoqumuz var və bu gün çox yaxşı bir nəticə çıxması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm" deyə söyləmişdi.
Müxalifət.az