Tarixdə ilk dəfə Papa ziyarətə getdi!

Baxış sayı:
8692

Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Franciscus, Birləşmiş Ərəb Əmirliyinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid Al Nahyanın dəvəti ilə ilk dəfə Abu Dabiyə səfər edib.
 
Yerli qaynaqlardan alınan məlumata görə, Abu Dabiyə gələn Papa Franciscusu Abu Dabi Beynəlxalq hava limanında vəliəhd şahzadə Al Nahyan ilə El-Əzhər Təşkilatının şeyxi Əhməd ət-Tayyib qarşılayıb.
Papa Franciscusun Abu Dabidə üç günlük səfəri çərçivəsində dinlər arası dialoq mövzulu bir konfransa qatılması və Əzhər şeyxi Tayyib ilə bir araya gəlməsi gözlənilir.
Qeyd edək ki, Papa Franciscus bu ziyarətiylə Körfəz bölgəsini ziyarət edən ilk papa oldu. Vatikandan daha əvvəl edilən açıqlamada, Papa Franciscusun Abu Dabidəki dinlər arası dialoq toplantısına qatılmaq üçün Al Nahyan'ın dəvəti ilə 3-5 fevral 2019 tarixlərində BƏƏ-yə gedəcəyi bildirilmişdi.
Açıqlamada, Papanın ayrıca BƏƏ-dəki Katolik kilsəsindən də dəvət aldığı qeyd olunmuşdu.
Müxalifət.az