“Tarif Şurası hesabat verməlidir” - DEPUTAT

Baxış sayı:
868

Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib.
 
Oxu.Az-ın müxbiri xəbər verir ki, S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib. “Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, - deyə S.Rüstəmxanlı əlavə edib.
 
O təklif edib ki, Tarif Şurası parlametə dəvət olunmalıdır və hesabat verməlidir. “Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.