Tanrı yəhudilərin xilas üçün Trampı göndərdi - Pompeo

Baxış sayı:
4984

Tanrı yəhudiləri xilas etmək üçün Trampı göndərib.
Muxalifet.az xəbər verir ki, bunu Qüdsdə səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo CBN televiziyasına müsahibəsində deyib. O, Trampın yəhudilərin xilaskarı Esterə bənzəməsi ilə bağlı verilən sualı belə cavablandırıb:
“Bir xristian olaraq əminliklə bunun mümkün olduğuna inanıram” - Pompeo bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp tez-tez İsrail leyhinə çıxışlar edir. Bundan əvvəl də Qolan yüksəkliklərində İsrailin suverenliyinin tanınması istiqamətində addımlar atmalı olduqlarını deyib.