​Tanınmış rejissor vəfat etdi - Dayanacaqda halı pisləşib

Baxış sayı:
7699

Sumqayıtda ölüm hadisəsi baş verib.
Bu gün səhər saatlarında  şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyən şəhər sakini Rövşən Almuradlının qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.
Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.
1954-cü il təvəllüdlü Rövşən Almuradlı rejissordur./ONA