Taliban bu əyalətə hücum etdi: 20-dən çox ölü var
10-03-2018 21:11
Baxış sayı:
2236
Taliban üzvləri Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki təhlükəsizlik qüvvələrinə hücum edib.
Muxalifet.az xəbər verir ki, hadisə zamanı Balabuluk rayonunda 18 asayiş keşikçisi həlak olub, üç əməkdaş oğurlanıb. Təhlükəsizlik qüvvələrinin daha 6 əməkdaşı isə vilayətin inzibati mərkəzi olan Fərəh şəhərində qətlə yetirilib.
Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın hərbi birləşmələri Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu Talibanın nəzarətinə keçib. Bölgədə həmçinin İŞİD terrorçuları da aktiv fəaliyyət göstərir.