​Taliban 20 nəfəri GİROV GÖTÜRDÜ

Baxış sayı:
2788

Taliban Əfqanıstanın qərbində yerləşən Farax vilayətində 20 nəfəri girov götürüb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Ariana Nyus” televiziyası yayıb.
Televiziya ələ keçirilən şəxslərin hamısının Farax-Kabil istiqamətində hərəkət edən sərnişinlər olduğunu bildirib. Hələlik ölkənin hüquq mühafizə orqanları hadisə ilə bağlı heç bir məlumat yaymayıblar.