Taleyüklü bazar günü: Mixael Saakaşvili Ukraynaya buraxılacaq?

Sentyabrın 10-da Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşa sərhədindən Ukraynaya geri dönəcəyini elan edib. Ukrayna rəhbərliyi onu ölkə vətəndaşlığından məhrum etsə də, siyasətçi Kiyevə dönərək yenidən siyasi fəaliyyətə başlamağı hədəfləyib.
 
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov Mixail Saakaşvilinin tərəfdarı kimi çıxış edib. O, Ukrayna KİV-də gürcü siyasətçinin Kiyevə dönüşü ilə bağlı məqələ yazıb.
 
Həmin məqaləni Azərbaycan dilində təqdim edirik:
 Zənnimcə, bu bazar günü Ukraynanın yeni tarixində ən mühüm günlərdən biri olacaq. Belə ki sentyabrın 10-da ölkə gündəmində real dəyişikliklərə olan ümid doğrula bilər. Məhz bu səbəbdən biz dəyişikliklərə ümidin siması olan Mixael Saakaşvilini qarşılamaq üçün "Krakovets” keçid məntəqəsinə gedəcəyik. Əgər onu Ukraynaya buraxmasalar, onun hüquqları, Ukrayna xalqının real dəyişikliklərə ümidi və seçim hüququ üçün mübarizə aparacağıq. Bu dəyişikliklərə inam boş yerdən yaranmayıb.
 Gürcüstanda Saakaşvilinin və onun komandasının hakimiyyətdə olduğu dövrdə real islahatların tarixi var. Gürcülər bu islahatlara görə, indiyə qədər Saakaşviliyə minnətdardırlar. Hazırda Ukraynanın möhtac olduğu şüarlar, yerinə yetirilməyən vədlər deyil, məhz bu dəyişikliklərdir. İslahatlar gözə çarpmadan həyata keçirilə bilməz, onların nəticələrini adi insanlar hiss etməlidirlər. Gürcüstanda belə idi.
 Mən Ukraynada da belə olmasını istəyirəm, çünki insanlar Maydana bunun üçün çıxmışdılar, Ləyaqət İnqilabı buna görə edilmişdi. Ukrayna xalqının bu tarixi qələbəsinə müəyyən qədər aidiyyətim olduğu üçün qürur duyuram. Amma mən də ukraynalıların əksəriyyəti, yeni qüvvələrin üzvü və tərəfdaşları kimi İnqilab ideallarından geri çəkilmənin şahidi oluram. Biz hələ də əsl dəyişikliklərin baş verməsini gözləyirik.
 Saakaşvili dövründə Gürcüstanda baş verən dəyişikliklər kimi, islahatların həyata keçirilməsini gözləyirik. O, hakimiyyətə gələnə qədər Gürcüstan iqtisadiyyatı dağılmışdı, işığı və suyu cədvəl üzrə verirdilər. Gürcüstanda ümumiyyətlə, elektrik enerjisinin verilmədiyi yaşayış məntəqələri var idi. Ölkə bandit qrupları arasında bölünmüşdü, onların maraqlarını isə "qanuni oğrular” qoruyurdu, polis və hüquq-mühafizə sistemi yalnız kağız üstündə mövcud idi. Saakaşvilinin hakimiyyətinə qədər Gürcüstanı "Failed state” – Baş tutmayan dövlət adlandırırdılar. Saakaşvili və komandası hakimiyyətə gəldikdən sonra ölkədə bütün sahələrdə geniş islahatlar başladı. Ən məşhur islahat isə, Gürcüstan küçələrində cinayət və korrupsiyaya son qoyan, asayişi bərpa edən polis sisteminin islahatı oldu. Təsəvvür edin ki, 2004-cü ilin yayında bir gün ərzində 13 minlik DAM bütün şəxsi heyəti işindən azad edildi. Onların yerini gənc patrul polisləri tutdu. Həmin polislər peşəkarlıqları sayəsində indi də gürcü hüquq-mühafizə orqanlarının fəxri olaraq qalır. Hətta bu gün də gürcülərin 90%-i polisə etibar edir.
 Bu həmin radikal islahatlar idi! Korrupsiya ilə mübarizədə əsl radikalizm budur, daha bəzi məlumatlara görə, artıq indidən "baş müxalifətçi” roluna hazırlanan Oleq Lyaşkonun partiyasının "radikalizmi” deyil. Saakaşvilinin hakimiyyəti zamanı dövlət qullluqçularının sayı iki dəfə azaldı, maaşları isə 15 dəfə artdı. Ukraynanın korrupsiya ilə mübarizə yolunda məhz buna ehtiyacı var.
Saakaşvili dövründə Gürcüstanda dövlət strukturlarının sayı da azaldı: 18 nazirlikdən 13-ü, 52 idarədən 34-ü qaldı. Sosial sferanın əsas hissəsi özəlləşdirildi, nəticədə müvafiq xidmətlərə görə rəsmi ödəniş təyin edildi, bu isə əsasən həkimlər arasında rüşvəti məhv etdi. Bir rəqəm də misal çəkim. Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə Gürcüstan "Transparency International” reytinqində 83-cü pillədən 35-ci pilləyə qədər yüksəldi. Ukraynada çoxları korrupsiya ilə mübarizədə bütün dünyada qəbul ediləcək və ölkə vətəndaşlarının hiss edəcəyi real qələbələr arzu edir.
 Saakaşvili və komandasının hakimiyyətinin ilk üç ili ərzində Gürcüstan iqtisadiyyatı 36 %-ə yüksəldi. Bu hər bir ukraynalının arzu etdiyi göstəricidir. Nəhayət, 2006-cı ilin aprelində Gürcütsanda azadlıqda bir nəfər də "qanuni oğru” qalmamışdı: 40 nəfəri həbs olunmuşdu, qalanları isə ölkədən qaçmışdı. Onların dövlət sərəncamına keçən əmlakı polis və cəza icraatının islahatları üçün sərf edilmişdi. Bu Ukryananın da keçməli olduğu yoldur. Saakaşvili bu yolu oğru və quldurlardan təmizlənmə yolu adlandırır.
Biz - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Yeni qüvvələr hərəkatı və sıravi ukraynalılardan ibarət ordu bu yolu keçməyə hazırıq. Bu, işıqlı gələcəyə, islahatlara aparan yoldur. Bəli, Ukraynanın ölkədə biznes qurmağı asanlaşdıracaq islahatlara ehtiyacı var. Saakaşvilinin hakimiyyəti dövründə ölkə minimal vergi rüsumu olan dünya ölkələrinin onluğuna düşdü. "Doing Bussiness” (dünyada biznes aparmağın asanlığı) reytinqində də həmin mövqedə idi.
Saakaşvili hakimiyyəti dövründə yeni 16 HES inşaatı başlanıb və bu ölkə elektirk idxalçısından, ixracatçısına çevrildi. Saakaşvilinin və onun komandasının bütün bu real nailiyyətləri onun islahat keçirmə qabiliyyətinin olmadığı tezisini tamamən təkzib edir, onun Ukraynaya qayıtmasını istəməyən qüvvələr məhz bu tezisin arxasında gizlənir. Onların "Odessada heç nə alınmadı” kimi bütün "arqumentləri” əsassızdır. Çünki ev sahibləri köhnə qaydalarla yaşamaq istədiyi və yenilik edənə hər tərəfli mane olduqları halda bir otağı təmir etmək mümkün deyil.
Bu qüvvələr hakimiyyətdən ikiəlli tutublar, Saakaşvili isə heç vaxt hakimiyyətdən tutmayıb. Xatırladaq ki, Saakaşvili hakimiyyətinin müddətini uzatmaq üçün saxtalaşdırma və yaxud da təzyiq göstərmədən hakimiyyəti seçkilərdə ona qalib gələn müxalifətə təhvil verdi. Parlament seçkilərində müxalifət (Gürcü arzusu) 56%, Saakaşvilinin partiyası (Vahid milli hərəkat) 44% səs toplamışdı. Siyasətdə düzgünlük budur. Mən Ukraynaya da bunu arzu edirəm. Ona görə də Saakaşvilinin bura, bütün maneələrə baxmayaraq qayıdacağına ümid edirik. Biz Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyini görmüşük. Biz Mixaelin Kiyevdə yaşayan və Ukraynada yaşama izni olan qardaşı, hüquqşünas David Saakaşvilinin qardaşının DİN əməkdaşları tərəfindən saxlanıldığını gördük.
Biz, əsas məqsədi Mixael Saakaşvilini Ukraynaya buraxmamaq olan, sərhədçilərdən "canlı səddin” yaradıldığını görürük. Bu addımlar Saakaşvili və onun partiyasının reytinqini artırır. Bu addımlar onun tərəfdaşlarının çevrəsini genişləndirərək mübarizə aparmağın vacib olduğuna əminlik yaradır. Bizim və sizin azadlığınız üçün mübarizə aparmağın vacib olduğuna əminlik yaradır./bakipost.az