Səyyar klinika qatarında PULSUZ TİBBİ XİDMƏT

Baxış sayı:
4138

Sabah-oktyabrın 11-də Azərbaycanda Ümumdünya Görmə günü qeyd ediləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası bölgələrdə aksiya keçirəcək. Belə ki, Mərkəzin Dəmiryolu Səyyar Klinikası Şəkidə 2 gün pasiyentlərə könüllü qaydada tibbi xidmət göstərəcək. Profilaktik məqsədlərlə həyata keçirilən tədbirdə Şəki sakinlərinin görmə qabiliyyətinin müayinə-müalicəsi təşkil olunacaq, səhhətlərinə dair problemlərin həllinə köməklik göstəriləcək, cərrahi əməliyyatlara ehtiyac duyulan vətəndaşların əməliyyatı icra ediləcək. Daha ciddi problemlərlərlə üzləşən və icrası çətin hesab edilən əməliyyatlar üçün isə pasiyentlər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönlədiriləcək.
Dəmiryolu Səyyar Klinikasının növbəti aksiyası ölkənin dəmiryolu xətti üzrə bütün regionları, o cümlədən Gürcüstan-Azərbaycan sərhədi ərazisini əhatə edəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 dan artıq əməliyyat icra edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq kabinəsindən ibarətdir.