Şuşada separatçıların liderinin “andiçmə” yeri məhv edildi

Baxış sayı:
1992

Azərbaycan Ordusu bu ilin may ayında Qarabağ separatçılarının lideri Araik Arutyunyanın "andiçmə mərasimi"nin keçirildiyi Şuşadakı mədəniyyət evini dəqiq raket zərbəsi ilə məhv edib.

Xatırladaq ki, azərbaycanlılar üçün müqəddəs olan Şuşa şəhərində Qarabağ separatçılarının təşkil etdiyi "inauqurasiya" mərasimi Azərbaycan cəmiyyəti tərəfindən hiddətlə qarşılanmışdı. Müdafiə Nazirliyinin rəhbərliyinə qəzəbli vətəndaşlardan Azərbaycan xalqını təhqir etməyə cəsarət edən ermənilərə qarşı tədbir görülməsinin zəruriliyi barədə çoxsaylı müraciətlər daxil olmuşdu.

Müdafiə Nazirliyindəki mənbələrdən virtualaz.org-a məlum olub ki, Araik Arutyunyanın “andiçmə” mərasiminin keçirildiyi bina Azərbaycan Ordusunun raket zərbəsi nəticəsində məhv edilib. Həmin intiqam aksiyası zamanı binanı mühafizə edən erməni polislərinin qətlə yetirildiyi bildirilir.

Mədəniyyət evinin məhv edilməsi faktını Rusiya KİV-i də təsdiq edib. Belə ki, "İzvestiya"qəzetinin müxbirinin reportajında bundan da bəhs olunub.