​Sürücülərin nəzərinə: Bu yollarda sıxlıq var

Baxış sayı:
3505

Hazırda Bakının bəzi yollarında avtomobil sıxlığı müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, Afiyəddin Cəlilov küçəsində, Moskva prospektində (Bakı Beynəlxalq Avtovağzalının qarşısı, şəhər istiqamətində), Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının qarşısı, şəhər istiqamətində) və Ziya Bünyadov prospektində (Ələkbər Qayıbov küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində, Atatürk prospekti ilə kəsişməyədək) sıxlıq var.
Tbilisi prospektində (şəhər istiqamətində), Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində), A.Nobel prospektində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək) və Koroğlu Rəhimov küçəsində (Akademik Həsən Əliyev küçəsi ilə kəsişmə istiqamətində) isə nisbətən sıxlıq müşahidə olunur.