​Sürücülərin nəzərinə: Bu küçələrə daxil olmayın!

Baxış sayı:
5011

Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA)  bildirilib ki, hazırda paytaxtın Heydər Əliyev (şəhər mərkəzindən metronun “Koroğlu” stansiyası istiqamətində), Z.Bünyadov (hər iki istiqamətdə), Bülbül və M.Useynov prospektləri, Ü.Hacıbəyli, K.Rəhimov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.