​SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bu yerdə avtomobil saxlamaq inzibati xəta hesab edilir

Baxış sayı:
9835

Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev A24.Az-a bildirib ki, hazırda təmsil etdiyi qurum tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib:
“Mətbuat prospektindəki bu parklanma yeri səkinin üstüdür və buradakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir”.