Sürücülərin DİQQƏTİNƏ: Bu ərazidə hərəkət məhdudlaşdırılır

Baxış sayı:
5449

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 7-də səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyədönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyədönmədən istifadə etməklə hərəkət edəcəklər.