​Suriyaya hava zərbələri: Niyə S-400-lərin gücü ortaya çıxmadı?

Baxış sayı:
2086

Hərbi mütəxəssislər Suriya böhranının artıq ABŞ liderliyində Qərb ölkələri ilə Rusiya arasında texnoloji müharibəyə çevrildiyini düşünür. Lakin mütəxəssislər “texnoloji güc nümayişi” və Dəməşqə hərbi zərbələrdən sonra Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri alıb-almayacağı haqqında qiymətləndirmə etməsini düzgün saymır.
Muxalifet.az-ın xəbərinə görə, istefada olan general-leytenant Ərdoğan Qaraquş deyib ki, Suriyaya hava zərbələrinin Rusiyaya məxsus S-400-lərin olduğu bölgələrin hədəfə alınmaması diqqət çəkicidir:
“ABŞ və müttəfiqləri Suriyaya “Tomahavk”larla zərbə endirib. S-400-lər isə yüksəklikdən uçan raketlərə qarşı sistemdir. Suriyada Əsəd rejimi S-300-lərdən istifadə etdi. S-300-lərin 101 raketdən 71-ni zərərləşdirməsi böyük uğurdur. Ancaq S-400-lər dövrəyə girmədiyi üçün bu sistemin imkanlarının yetərli olmadığı haqda danışmaq doğru olmaz”.
Təhlükəsizlik mütəxəssisi Abdulla Ağar da deyib ki, S-400-lər Suriyaya hava zərbələri zamanı istifadə edilməyib:
“Bununla bağlı konkret foto və video yoxdur. Odur ki, S-400-lərin imkanları haqqında dəyərləndirmənin əsası yoxdur. Fikrimcə, regional və beynəlxalq güclər dizayn edilir. Əsas olaraq şiə və Nüsrə Cəbhəsi qüvvələri ilə ABŞ-ın radikal hesab etdiyi sünni qüvvələrə də həmlə edildi. ABŞ əslində PYD/YPG güclərinə güclü şəkildə dəstək mesajı verdi”.