Suriyaya girməyə az qalmış YPG yalvarmağa başladı: Türkiyə ilə anlaşmaq istəyirik!

Baxış sayı:
22285

 Terror təşkilatı YPG-nin adı dəyişdirilərək qanuni göstərilməyə çalışılan görüntü təşkilatlarından biri DSG, "Türkiyə ilə anlaşmaq istəyirik" açıqlaması edib.
 
ABŞ-ın dəstəklədiyi və terror təşkilatı YPG başını çəkdiyi Demokratik Suriya Qüvvələri (DSG) adlı terrorçu qrup, prezident Donald Trampın Türkiyəyə Suriya sərhədində təhlükəsiz zona yaratmaq təklifinin həyata keçməsinə yardımçı olacağını bildirib. DSG Suriya-Türkiyə sərhədində təhlükəsiz zona yaradılmasına kömək etməyə hazır olduğunu bildirib.
 
ABŞ-dan sonra Fransaya yalvardı
 
Terror təşkilatı YPG geri addım atmağa davam edir. ABŞ-ın çəkilmə qərarından sonra çıxılmaz vəziyyətə düşən terrorçular Fransa, Suriya və saysız-hesabsız ölkədən yardım istəyib. ABŞ-ın ziddiyyətli açıqlamalarından sonra Suriya ilə danışıqlar masasından qalxan terrorçular, indi də Türkiyəyə yaxınlaşmağa başlayıb.
 
Türkiyə ilə “anlaşma” çağırışı
 
Açıqlamasında, "Türkiyə ilə Suriya sərhədində sabitliyi təmin edəcək saziş və çözüm əldə etməyi ümid edirik" ifadəsini işlədən DSG, Trampın sözünü etdiyi təhlükəsiz zonanın yaradılmasına yardımçı olmaq üçün beynəlxalq zəmanətlər verilməsi və Suriyanın şimalı ilə şərqinə xarici müdaxilə olmaması şərtlərini sıralayıb.
Müxalifət.az