Suriyaya gecə yarısı YENİ RAKET HÜCUMU

Baxış sayı:
5848

Suriya və İran mediası, Suriyanın hava müdafiə sisteminin Xüms üzərindəki raketləri təsirsiz hala gətirdiyini bildirib.
 
Suriya rəsmi xəbər agentliyi “SANA”, Suriyanın hava müdafiə sisteminin Xüms üzərində hava məkanını pozan raketləri təsirsiz hala gətirdiyi xəbərini versədə, raketin mənbəyi barədə bir məlumat verməyib.
Beynəlxalq agentliklərin bildirdiyinə görə, ABŞ Müdafiə Nazirliyi regionda ABŞ-ın bir hərbi əməliyyat keçirmədiyini bildirib.
 
İSRAİL TƏYYARƏLƏRİ İDDİASI
 
Ərəb mediasından yerli qaynaqlar, Suriyanın hava məkanında İsrail təyyarələrinin göründüyünü bildiriblər.
Bəzi yerli mətbuat mənbələri də, raketlərin Suriyaya Livanı keçərək çatdığını bildirib. Hücumun 13 aprel tarixində ABŞ, İngiltərə və Fransa tərəfindən həyata keçirilən raket təcavüzündən sonra baş verməsi bəzi suallar yaradıb.
Müxalifət.az