“Suriyanı vursaq, əvvəlcədən XƏBƏRDAR ETMƏYƏCƏYİK” – FRANSIZ NAZİR

Baxış sayı:
3004

Fransanın Parlamentlə Əlaqələr üzrə dövlət katibi Kristof Castaner, Fransa Suriyaya qarşı bir hərəkat qərarı alarsa, bununla bağlı əvvəlcədən xəbərdarlıq edilməyəcəyini deyib.
 
“BFMTV” kanalına açıqlama verən Castaner, "Hücum qərarı alınarsa, bunu sizə deməyəcəyəm. Dövlət başçısı (Emmanuel Makron) da deməyəcək. Makron məsələni baş nazir, xarici İşlər naziri və müdafiə naziri ilə müzakirə edəcək" deyib.
Suriyada "hücum üçün düzgün şərtlər yaranarsa, bunlar baş verəcək" deyən Castaner "Beynəlxalq aləmdə mübahisələr var. Əgər təcavüz ediləcəksə, bu, koordinasiyalı olaraq gerçəkləşməlidir"  deyə, söyləyib.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa başda olmaqla, Qərb ölkələrinin son günlərdə siqnallarını verdiyi hərbi müdaxilə, Suriyanın Duma rayonunda kimyəvi silah istifadə edildiyi iddialarına əsaslanır.
Rusiya və Suriya iddiaların yeni bir təxribat olduğunu bildirərkən, kimyəvi silah istifadə edildiyinə dair heç bir dəlilin olmadığına diqqət çəkir.
Fransa prezidenti Makron isə dünən TF1 kanalına verdiyi açıqlamada "Keçən həftə kimyəvi silahların, ən azından xlor qazının istifadə edildiyi və bunun Bəşər Əsəd rejimi törədildiyinə dair sübutumuz var” demişdi.
Lazımi dəlilərin olmasından sonra Suriyaya hücum edib, etməyəcəklərinə qərar verəcəyini bildirən Makron, Fransanın hər şeyə icazə veriləcəyini düşünən rejimlərə dözüm göstərilməyəcəyini söyləmişdi.
Müxalifət.az