Suriyalı general TERROR YUVASINDAN QAÇDI

Baxış sayı:
3288

Terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-nin onurğasını təşkil etdiyi DSG-nin sözçüsü polkovnik Talal Sülonun Türkiyəyə sığınmasından sonra, Suriya ordusunun keçmiş zabiti general-mayor Hüsam əl-Avak da təşkilatdan ayrılıb.
 
Terror təşkilatı PKK-nın Suriya qolu YPG və içində yer aldığı Demokratik Suriya Qüvvələrində (DSG) başlayan dağılma prosesi davam edir. DSG-nin əhəmiyyətli şəxslərindən olan Suriyalı general-mayor Hüsam əl-Avakın iki həftə əvvəl təşkilatdan ayrıldığı ortaya çıxıb. Avaktan əvvəl DSG-nin Türkmən sözçüsü polkovnik Talal Sülo qaçaraq Türkiyəyə sığınmışdı. Ötən günlərdə isə Deyrizordaki “Ərəb Bakkara” batalyonları təşkilatdan ayrıldığını bildirib. Ancaq bu ayrılıq təşkilat tərəfindən təsdiq olunmadığı üçün qarşıdurma baş verib. “Bakkara” batalyonlarına mənsub 4 Ərəb YPG tərəfindən həbs olunub.
 
Kəşfiyyat direktoru
 
Keçmişdə Suriya Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinə rəhbərlik edən general-mayor Hüsam əl Avak, əxlaqsız davranışları səbəbindən ordudan uzaqlaşdırılıb. Awak isə Əsədə müxalif olduğu üçün çıxarıldığını bildirib. Bir müddət sonra Suriyada şiddətlənən daxili müharibədə Azad Suriya Ordusuna qatılıb. Ancaq burada da ASO-ya əhəmiyyətli dəstək vermədiyi və vaxtının çoxunu Misirin paytaxtı Qahirədə keçirdiyi üçün müxaliflər tərəfindən tənqid edilib.
 
ASO-dan QAÇDI
 
Hüsam əl- Avak, bir müddət sonra Türkiyə ilə İŞİD arasında neft ticarəti edildiyini iddiasını irəli sürüb və əlində sənədlər olduğunu, bunları nəşr etdirəcəyini açıqlayıb. Ancaq iddiaya baxmayaraq sənədlər ortaya çıxmayıb. Türkiyəni ittiham edən bəyanatlarda əsas rolu oynayan general-mayor Avak, 2016-cı ildə ASO sıralarından qaçaraq DSG-yə qoşulub.
 
TALAL SİLO ÇATDIRMIŞDI
 
Əl- Avakın DSG-yə qoşulması 13 oktyabr 2016-cı ildə bir mətbuat toplantısında bəyan olunub. Toplantıda Avakla birlikdə DSG-nın sözçüləri Talal Silo, Qəhrəman Afrin, YPG-nin o vaxtkı sözçüsü Redur Xəlil və təşkilata yaxın Müsəlman və Xristian din xadimləri ilə tayfa liderləri iştirak edib. Avak iclasda verdiyi bəyanatlarla Türkiyəni ittiham edib. Avakın terror təşkilatına qoşulmasını DSG-dən qaçaraq Türkiyəyə sığınan polkovnik Talal Silo bildirib. Bu görüşdən təxminən bir il sonra həm Silo, həm də general-mayor Avak qaçaraq terror təşkilatından ayrılıblar. Hər İki şəxs təşkilatdan ayrılandan sonra terror təşkilatını qeyri-demokratik olmaqda və bir çox cinayət törətməkdə ittiham edib.

Müxalifət.az