Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib

Baxış sayı:
718

Türkiyənin Kilis əyaləti Suriya ərazisindən raket atəşinə tutulub.
“Anadolu”un verdiyi məlumata görə, üç raket Kilis şəhərinin mərkəzinə düşüb. İnsident nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Məlumata görə, zərbə nəticəsində bir neçə binaya ziyan dəyib. Hadisə yerinə müvafiq  qurumların əməkdaşları cəlb edilib. 
Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.
Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.