Suriyadakı Rus bazası "Peyğəmbər çiçəyi" ilə VURULUB

Baxış sayı:
5713

Rusiyanın Suriyadakı Hmeymim bazasına təşkil olunan hücumun Rusiya istehsalı "Vasilyok" (Peyğəmbər çiçəyi) markalı avtomatik qaubitsa ilə həyata keçirildiyi ortaya çıxıb.
 
Yeni il gecəsi Rusiyanın Suriyadakı Hmeymim bazasına təşkil olunan hücumun yenə Rusiya "Vasilyok" (Peyğəmbər çiçəyi) marka avtomatik qaubitsa ilə həyata keçirildiyi ortaya çıxıb.
Hmeymimde bombaların düşdüyü məqamları tədqiq edən hərbi ekspertlər, "Hmeymim hərbi bazasına qarşı yeni il axşamı keçirilən hücumun 82 mm avtomatik qaubitsa Vasilyok-2b9 (Peyğəmbər çiçəyi) ilə edildiyi şübhə doğurmur. Dəqiqədə 120 ədəd 82 millimetr diametrində top gülləsi atan bu sistemin ümumi çəkisi  630 kiloqramdır. Silahı çox asanlıqla pikab tipli yüngül avtobillərin arxasına yerləşdirmək mümkündür. İstifadə edilən silah aşkar edildikdən sonra hücumun cəmi 5 dəqiqədə həyata keçirildiyini söyləmək mümkün olub. Bu qısa müddət ərzində ən azından 400 ədəd top gülləsinin atıldığı dəqiqləşib" dyə, bildiriblər.
Müxalifət.az