Suriyadakı müxaliflər arasında atəşkəs!

Baxış sayı:
6643

Suriyanın İdlib, Hələb və Hama vilayətlərində Bəşər Əsəd rejiminə qarşı siyasi qruplar və hərbi müxaliflər arasında çıxan qarşıdurmalarda atəşkəs əldə olunub.
 
Azad Suriya Ordusunun (ASO) çatısı altında Milli Qurtuluş Cəbhəsi ilə HeyətTahrir Şam arasında atəşkəslə bağlı razılığa gəlinib.
İdlibdə tərəflər arasındakı razılaşma ilə atəşkəsin təmin ediləcəyi və şəhərlərarası qarşılıqlı olaraq qruplar tərəfindən qazılmış xəndək və səngərlərin aradan qaldıracağı və əsirlərin mübadilə edəcəyi öyrənilib.
Qeyd edək ki, Nureddin Zengi Hərəkatı və Milli Qurtuluş Cəbhəsinin tərkib hissələrindən biri olan Heyət Tahrir Şam 30 dekabrdan bəri hücuma keçərək İdlib ətrafındakı bir neçə kəndi ələ keçirib.
Müxalifət.az