Suriyadakı ABŞ əsgərləri haqda QƏRAR VERİLİB

Baxış sayı:
4660

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəisi, Suriyadakı Amerika qoşunlarının gələcəyi haqqındakı qərarın verildiyini və yaxın vaxtlarda açıqlanacağını bildirib.
 
ABŞ Milli Kəşfiyyat İdarəsinin rəisi Dan Coats, Suriyadakı ABŞ qoşunlarının gələcəyi haqqındakı qərarın dünən Milli Təhlükəsizlik Şurasının iclasında verildiyini bildirib.
ABŞ-ın Suriyadakı birliklərini bir müddət daha bölgədə saxlamağı planlaşdırıldığını, ancaq uzunmüddətli öhdəlikdə qalmağı düşünmədiklərini ifadə edib.
Səlahiyyətli, Trampın İŞİD-in məğlubiyyətindən əmin olmaq istədiyini və digər ölkələrin addım ataraq, Suriyadakı sabitliyə kömək etməsi lazım olduğunu söylədiyini də ifadə edib.

Müxalifət.az