Suriyada Rusiyanın 122 hərbçisi ölüb

Baxış sayı:
2929

Suriyada son 3 ildə Rusiya Silahlı Qüvvələrinin 112 hərbçisi həlak olub.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Bondarev bildirib. 
"Hazırda Silahlı Qüvvələrimizin Suriyada itkiləri 112 nəfər təşkil edir. Onun da təxminən yarısı qəzaya uğramış An-26 və vurulmuş İl-20-nin payına düşür. Hərbi əməliyyatlarda 8 təyyarə, 7 vertolyot və ola bilsin ki, 1-2 "BTR" və zirehli avtomobil itirilib".