Suriyada Rus generalı həlak olub

Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.
 
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
 Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov  minaatanlardan açılan atəş nəticəsində həlak olub. Onun Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması  məqsədi ilə rusiyalı hərbi müşavirlər qrupuna rəhbərlik etdiyi bildirilr.
 V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.