​Suriyada partlayış: ölənlər var

Baxış sayı:
5278

Suriyanın Azez bölgəsində yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 3 mülki vətəndaş həlak olub, 25 nəfər yaralanıb.
Şiddətli partlayışdan sonra yaxınlıqdakı avtomobillər yanıb, binalara maddi zərər dəyib.
Ölü sayının artacağı ehtimal edilir. Partlayışın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.