Suriyada Konistitusiya Komissiyası niyə qurula bilmir?

Baxış sayı:
3934

Suriyalı müxaliflərin formalaşdırdığı Müzakirə Ali Komitəsinin (MYK) sədri Nasir Hariri Suriya böhranının siyasi həlli ilə bağlı sualları cavablandırıb.
 
Hariri, Suriyada 8-ci ilə girən daxili müharibəyə son qoyulması üçün aparılan danışıqlardan hələ nəticə əldə edilmədiyini bildirərək "Konstitusiya Komitəsinin yaradılmasında uğursuzluğun əsas səbəbi Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) rolunu və sponsorluğunu aradan qaldırmağa çalışmasıdır" deyib.
Nasir Hariri, "Rusiya, Əsəd rejimi və havadarları BMT-nin siyasi çözüm rolunu qaralamağa çalışır. Beləliklə rejimin çətiri altında bir dialoqa gedərək milli bir uzlaşma hədəfləyir və rejimin törətdiyi cinayətləri ört-basdır etmək istəyir" deyə söyləyib.
Hariri Rusiyanın konstitusiya işlərində rejim və müxaliflərin yanaşı iştirak edəcəyi BMT-nin namizəd siyahısına razılıq vermədiyini bildirərək "Konstitusiya Komitəsinin bu ana qədər yaradılmamasının səbəbi Moskvadır" deyə vəziyyəti şərh edib.
Müxalifət.az