​Suriyada güclü partlayış: İranın hərbi mərkəzinə hücum...

Baxış sayı:
7894

Suriyanın Naijah bölgəsində güclü partlayış olduğu barədə xəbər yayılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrail mediası "Debka File" xəbər saytı məlumat yayıb.
İsrail mediası qeyd edir ki, partlayış olan regionda Suriyanın bir hərbi akademiyası, eləcə də İranın hərbi mərkəzi yerləşir.
Partlayışa nəyin səbəb olduğu barədə dəqiq məlumat verilməsə də, ehtimal edilir ki, bu, İranın hərbi hədəflərinə dörd gün ərzində ikinci hücumun nəticəsidir.