​Suriyada bu ay nə qədər uşaq öldürülüb?

Baxış sayı:
6502

Suriyada ötən ay 416 mülki vətəndaş ölkədə gedən müharibə nəticəsində öldürülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SİHT) yayıb. Məlumata görə, bu ay qarşıdurmalarda ölənlərdən 62-si qadın, 107-si isə uşaq olub.
Təşkilat bu ilin yanvarında 197, fevralında 246, martında 334, mayında isə 416 mülki vətəndaşın öldüyünü bildirərək ümumilikdə bu ilin ilk 5 ayında Suriyada 1 min 517 dinc sakinin öldürüldüyünü bildirib.