​Suriyada bu araşdırmanın tərəfdarıyıq, ancaq... - Rusiya

Baxış sayı:
11866

Moskva Suriyada kimyəvi silahlardan istifadə edilməsi ilə bağlı araşdırma aparılmasının tərəfdarıdır. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Ryabkov qeyd edib ki, kimyəvi silahlarla bağlı kimlərisə tənqid etmədən araşdırma aparılmalıdır. Terrorçuların mütəmadi olaraq kimyəvi silahlarla bağlı təxribata əl atması barədə əllərində faktların olduğunu deyən Ryabkov müttəfiqlərinin sözügedən təxribata reaksiya vermədiyini bildirib.