Suriyada ABŞ-a şok! 15 AMERİKAN ƏSGƏRİ ÖLDÜRÜLDÜ

Baxış sayı:
5734

Əsəd rejimi ordusunu dəstəkləyən Xalq Müqavimət Təşkilatının ABŞ əsgərlərinə qarşı hücumlar təşkil etdiyi və bu hücumlarda 15 Amerikan əsgərinin öldüyü iddia edildi.
 
Əsəd rejimi ordusunu dəstəkləyən Xalq Müqavimət Təşkilatı, Amerika əsgərlərinə hücum edib. “Pravda Report”un verdiyi xəbərə görə, 30 martda həyata keçirilən hücumda bir hərbi maşın vurulub və nəticədə altı Amerikan əsgəri öldürülüb.
Maşındakı digər səkkiz əsgər isə yaralanıb. “Wargonzo” adlı Teleqram kanallarında yayımlanan xəbərlərə görə, təşkilat, həmin gün (30 Mart) başqa bir Amerikalı əsgəri qrupa Fəratın şərq tərəfində Menbiçdən Raqqaya gedərkən hücum edib. Qaubitsa atəşilə iki Amerika əsgəri ölərkən, səkkizi də yaralanıb.
1 apreldə isə Al-Shaddadidəki evlərə fəhlələrə kömək məqsədi ilə gəldiklərini qeyd edən dörd nəfər, Amerikalıların yaşadıqları evlərə əl bombaları atıblar. Nəticədə yeddi Amerikan əsgərinin öldüyü və on adamın da yaralandığı bildirilib.
 
PENTAQONDAN AÇIQLAMA YOXDUR
 
Pentaqon bütün bu məlumatlarla bağlı hələ ki, rəsmi bir açıqlama verməyib.
 
TƏŞKİLAT BƏYANAT VERİB
 
Digər tərəfdən, “Syrialiveuamap” səhifəsində təşkilata aid video, Türkcə və İngiliscə qeydlərlə paylaşılıb. Bu videoda Əsəd rejiminə dəstək verdiyini qeyd edən təşkilat, Amerikan əsgərlərinə hücum edəcəklərinə yönəlik bəyanatlar verir. Bu paylaşmanın təxminən 5 gün əvvəl olunduğu görünür.
Müxalifət.az