​Suriyada 8 milyard xərclədik, ancaq elə mədən aldıq ki… - İRAN

Baxış sayı:
5581

İran bütün pullarını İraq və Suriyada xərcləməyib.
Muxalifət.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi söyləyib.
“Biz 8 illik savaşda sadəcə 22 milyard dollar xərcləmişik. İranın bütün pullarını Suriya və İraqa göndərdiyi məlumatları yalandır. Biz İraq və Suriyaya edilən yardımların qarşılığında Suriyadan fosfat mədəni almışıq. Ölkə sənayesi arxamızda olsa, İrana milyardlarla dollar qazandıracağıq. Əgər biz Suriyaya girməsəydik, Avropada hər gün terror olardı. Amma onlar bizim uğurlarımızı etiraf belə etmirlər”, – deyə o bildirib.