Suriyada 7 ildən sonra ilk dəfə oldu

Baxış sayı:
3295

Əsəd rejiminin nəzarəti altındakı bölgələrdə yaşayan Suriyalılar bu gün 7 ildən sonra ilk dəfə seçki məntəqələrinə gedib.
 
 Yerli vaxtla səhər saat 07.00-da başlayan seçkilərdə 40 min namizədin, yerli bələdiyyələrdəki 18478 yer üçün yarışdığı bildirilib. Suriya rəsmi dövlət kanalı seçki prosesi boyunca rejimin nəzarəti altında müxtəlif yerlərdən görüntülər yayımlanıb. Bunların arasında Dəməşq, Tartus və Lazkiyədə səs vermək üçün növbəyə duran seçicilərin görüntülərinin olduğu qeyd edilib. Xüsusilə Suriya ordusunun DEAŞ-ın geri aldığı şərq şəhəri Deyr əz Zor-da qurulan seçki məntəqələri diqqət çəkib.
Bununla yanaşı, PYD-nin nəzarətindəki ərazilər və İdlib, o cümlədən müxaliflərin əlindəki regionlarda səsvermə prosesi həyata keçirilməyib.
Müxalifət.az