​Suriya və Türkiyədən ortaq əməliyyat

Baxış sayı:
4549

Suriyanın Azez şəhərində Ramazan bayramı günü qətliam törədən 7 PKK-çı həbs edilib.
Muxalifet.az xəbər verir ki, iyunun 2-də uşaqların və qadınların olduğu məkana hücum təşkil edib, 23 nəfərin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan terrorçular saxlanılıb.
Suriya təhlükəsizlik orqanları əməliyyatda türk polislərinin də köməyindən istifadə etdiklərini bildiriblər.