​Suriya torpaqlarında terror alveri: PKK 100 milyon lirə qarşılığında İŞİD-çini azad elədi

Baxış sayı:
1564

Muxalifet.az xəbər verir ki, YPG/PKK terror təşkilatı ABŞ-ın ələ keçirdiyi, İŞİD terrorçularının başçılarından olan, Əbu Xalid Əl Suri kod adlı Cemal Feyyad El Hüseyni 100 milyon Suriya lirəsi (təqribən 1 milyon türk lirəsi) qarşılığında azadlığa buraxıb. Şedadi rayonundakı bazarlıqda ABŞ hərbçilərinin də iştirak elədiyi iddia edilir.
ABŞ-ın Suriya torpaqlarında meydan sulayan müttəfiqi YPG/PKK bundan əvvəl isə İŞİD-in qondarma şura üzvü və neft sahələri üzrə məsul şəxslərindən olan Əl üseynin qohumları ilə bazarlıq eləmişdi.
YPG/PKK terror təşkilatı İŞİD terror təşkilatı ilə bundan əvvəl də bir çox bazarlıqlar eləmiş, işidçilərin bu yolla azadlığa buraxıldığı barədə dünya mətbuatında informasiya yayılmışdı. Amerikalı məmurlar isə bazarlıqda iştirak eləmədiklərini, bunun “yerli qüvvələr arasındakı razılaşmalar” olduğunu bildirmişdilər.