Suriya tənliyində YENİ HƏMLƏ

Baxış sayı:
2818

ABŞ prezidenti Donald Trampın Fransa prezidenti Emmanuel Makron ilə etdiyi görüşdə, Suriya və İran ilə bağlı verdiyi mesajlardan sonra Ankara-Moskova-Tehran xəttində yeni təmas məsələsi gündəmə gəldi.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə İran xarici işlər naziri Cavad Zərif, sabah Moskvadakı üçlü toplantıda bir araya gələcək. Dövlət başçıları səviyyəsindəki Ankara Zirvə görüşündən sonra üç ölkənin rəsmiləri, bir ay ərzində ikinci dəfə bir araya gəlmiş olacaq.
 
APREL DİPLOMATİK SƏFƏRLƏR BOLLUĞU İLƏ YADDA QALDI
 
Beynəlxalq siyasət səhnəsi və güc tarazlığı içində bir qanqrenaya çevrilən Suriya münaqişəsində, aprel ayı ərzində bir sıra həmlə gündəmə gəldi. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Suriya mövzusunda üçlü zirvə görüşü, 4 apreldə Ankarada keçirilib. ABŞ, İngiltərə və Fransa, 14 apreldə rejimin kimyəvi silah obyektlərinə hava hücumu təşkil etdi. NATO baş katibi Jens Stoltenberq, 16 apreldə Ankaraya gələrək bir sıra təmasda oldu. Daha sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Mistura Türkiyə, Rusiya və İranı əhatə edən üçlü turuna çıxdı.
Apreldə bu diplomatik sıxlığın sonuncu halqalarından birini sabah Moskvada keçiriləcək üçtərəfli görüş təşkil edəcək. Xarici İşlər Nazirliyindən iclasla bağlı edilən açıqlamada, "Astana platformasının təminatçıları Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri, 28 aprel 2018-ci il tarixində Moskvada bir araya gələcək. İclasda, Astana mexanizmi çərçivəsində həyata keçirilən əməkdaşlığın bütün aspektləri müzakirə olunacaq və bundan sonra atılacaq addımlar üzərində durulacaq" deyilib.
Müxalifət.az