​Suriya ordusu İŞİD-in ən böyük dayağını mühasirəyə alıb

Suriyanın hökumət qoşunları Hama vilayətində İŞİD terror qruplaşmasının Akerbat qəsəbəsindəki qalasını mühasirəyə alıb. Bu barədə "Sputnik" agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, terrorçularla döyüşlər Akerbatdan 3 kilometr məsafədə gedir.
Öz növbəsində "Federal xəbər agentliyi" də bildirib ki, hökumət qoşunlarının xüsusi bölməsi Akerbatı terror qruplaşmasının döyüşçülərindən azad edib. İtkilər və yaralananlar barəsində məlumat verilmir.