Suriya mübarizəsinin GİZLİ SƏBƏBİ: İLK HÜCUM BAŞ VERDİ

Baxış sayı:
4318

Ticarət marşrutlarının dəyişdirilməsi Suriya münaqişəsində əsas amildir. Çinin başlatdığı və İngiltərəyə qədər uzanacaq yeni İpək yolunun xaricində qalan ABŞ, Yaxın Şərqdəki enerji xəttləri üzərində rol qapma mübarizəsi verir. İngiltərənin də Rusiya ilə yeni ticarət marşrutunda bir stansiya problemi var.
 
Taha Dağlı / Xəbərlər7
 
Rusiya prezidenti Vladimir Putin martın 1-də Qərbə ballistik raket təhlükəsi ilə xəbərdarlıq etdi. Bu an gəlinən nöqtənin əsas məğzi, Putinin "dünyanın hər tərəfini vuracaq və heç bir müdafiə etmə sistemi ilə əngəllənməyəcək səviyyədə raketlərimiz var" sözləri idi.
Məhz bundan sonra İngiltərə ilə Rusiya arasında kimyəvi qazla zəhərləndiyi iddia edilən keçmiş Rus casusla əlaqədar bir böhran baş verdi. Tezliklə dövrəyə ABŞ və AB də qoşuldu.
Türkiyə bu müddət ərzində “Zeytun Budağ” hərəkatı ilə PKK terrorçularını Afrindən təmizlədi.
Sonra Suriyada böhranın həllinə yönəlik prezident Ərdoğan, Rusiya prezidenti Putin və İran prezidenti Ruhani arasında Ankara zirvəsi reallaşdırıldı.
Təbii o zirvədən bir gün əvvəl də Türkiyə ilə Rusiya S-400-dən sonra nüvə enerji müqaviləsində da bir araya gəldi. Bütün bunlar baş verirkən, Əsəd rejimi ilə müxaliflər, 5 ildən çox müddətdir insanlıq dramının yaşandığı Şərqi Gutada anlaşma təmin etdi, müqavimət qruplarıyla mülki əhalinin ərazidən təxliyəsi başladı.
 
“SURİYADAN ÇƏKİLİRİK” DEYİB, MÜDAXİLƏ QƏRARI ALDI
 
Evakuasiya prosesində, Şərqi Gutanın Duma rayonunda kimyəvi qırğın baş verdi. Bir həftə əvvələ qədər israrla "Suriyadan çəkilirik" deyən ABŞ prezidenti Tramp, kimyəvi qırğına eynilə keçən il olduğu kimi, sərt reaksiya göstərərək, Suriyaya müdaxilə qərarı verdi.
Suriyada bir kimyəvi qırğın baş Verdi və ABŞ bunun Əsəd rejimi tərəfindən törədildiyini söylədi. Müdaxilə qərarının yönü isə Rusiyaya yönəldilmiş mesajlarla dolu idi. Hansı ki, Əsəd rejimi də Rusiyanın yanında olmaqla bərabər, həm də İranın nəzarətindədir. Amma İran bu məsələdə o qədər də məsul tutlmadı.
ABŞ-ın Suriyaya müdaxiləsi üzərindən Rusiyanı hədəf alması, Putinin 1 martdakı “raket” mesajını da əhatə edirdi. ABŞ Əsədin Rusiya ilə əlaqəsinə təpki göstərsə də, İran tərəfinə həmlə isə İsraildən gəldi. Kimyəvi qırğından sonra, İsrail İran əsgərlərinin yerləşdiyi Suriya bazasını bombaladı.
Rusiya Suriyanın Ağdəniz sahillərində güclü təsir dairəsi yarada bilib və hərbi bazalarını orada yerləşdirmişdir. Digər tərəfdən İran, Şamın ətrafını və cənub bölgəsini tamamilə nəzarət altına almağı hədəfləyir. Tehran-Bağdad yolu ilə Dəməşq-Beyrut xəttində bir dəhliz açmağı düşünür. Bu, İsrail üçün təhlükədir.
 
MƏRKƏZ AĞDƏNİZDİR
 
Suriya müdaxiləsinin mərkəzi olaraq istifadə edilən bölgə Ağdənizdir. ABŞ və İngiltərənin donanması buradadır. ABŞ, Suriyaya ilk müdaxiləsini 6 aprel 2017-ci il tarixində məhz bu nöqtədən etmişdi.
İndi Ağdənizdə dəniz gücünü gücləndirmiş və bölgəyə daha yeddi gəmi göndərilmişdir. Almaniya da bir gəmi göndərdi. Fransanın da bu bölgədə olduğunu unutmayın. Qərbin donanma gücünü artırmaq istədiyi Ağdənizdəki təbii qaz ehtiyatlarını da unutmayaq.
 
TİCARƏT XƏTLƏRİ SURİYƏ MÜBARİZƏSİNDƏ ƏSAS AMİLDİR
 
Dünyadakı ticarət istiqaməti dəyişir.
İpək dəmir yolu layihəsi Çində başlayır və İngiltərəyə uzanır. Bu xətdə əsas nöqtələr Pakistan, Rusiya və Türkiyədir.
 
RUSİYA-İNGİLTƏRƏ ANLAŞMAZLIĞI
 
Aydındır ki, Rusiya ilə İngiltərə arasındakı yeni ticarət marşrutunda bir stansiya mübahisəsi var.
ABŞ tamamilə bu planın xaricindədir. İpək dəmir yolu ən çox ABŞ-a mənfi təsir göstərir, çünki dəniz ticarətinə buna əsasın boşa çıxa bilər.
Ticarət marşrutlarının dəyişdirilməsi Suriya münaqişəsində bir amildir.
Suriya İraqdan gələn enerjidaşıyıcılarını Ağdənizə çatdıracaq bir starateji əhəmiyyətə malikdir. Suriya vasitəsilə enerji marşrutunda rol almaq üçün mübarizə də münaqişənin bir amilidir. Şərqi Ağdənizdəki təbii qaz ehtiyatları da bu münaqişənin əsas həlledici nöqtəsidir.
ABŞ prezidenti Tramp təhdid mesajlarını dayandırdı və “Əməliyyat hətta dayandırıla bilər” dedi. Eyni ilə Obamanın 2013-cü ilin sentyabrında davrandığı kimi.
 
İLK ƏMƏLİYYAT ÇOXDAN HƏYATA KEÇİRİLDİ
 
Amma müharibə adı altında iqtisadi silahın tətiyinə basıldı. Bütün bunlardan doğan bir nəticə ortaya çıxır.
O da raketlərlə hücüm olsa da, olmasa da, artıq iqtisadi hücum baş verib.
Müxalifət.az