​Suriya ilə sərhəddə “Zeytun budağı” məntəqəsi açılır

Baxış sayı:
3226

Türkiyənin Hatay bölgəsindəki Kumlu rayonunun Şarkhamamı hissəsində Suriya ilə sərhəddə “Zeytun budağı” gömrük-keçid məntəqəsi açılır.
Muxalifet.az xəbər verir ki, bu keçidin qurulmasında məqsəd Suriyanın Afrin və Cinderes bölgələrinə çatdırılan humanitar yardımların daşınmasını asanlaşdırmaqdır. Bu gömrük-keçid məntəqəsi Suriya tərəfində Əl Hammam kəndinin ərazisində yerləşir.