Sumqayıtı “Şimali Koreyaya” çevirən icra başçısı... – ZAKİR FƏRƏCOV “REKORDLARI” ALT-ÜST ETDİ, 46 SAYT...

Xaləddin İsgəndərovun müəmmalı məzuniyyəti onu ötən həftənin ikincisi etdi

Baxış sayı:
11602

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə (08-14 yanvar) mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “İcra başçısından gözlənilməz qərar: I müavin və idarə rəisi işdən çıxarıldı”, “Sumqayıt İcra Hakimiyyəti "Bakı çörəyi"nə qadağa qoyub (İDDİA-AÇIQLAMA)” və “Sumqayıtda Şimali Koreya rejimi: Bakı çörəyini kimlər yasaqlayıb? – Qalmaqal” adlı 3 məqalənin 46 saytda yayılması ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tutmuşdur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri isə “Xaləddin İsgəndərovun müəmmalı məzuniyyəti – sensasion gəlişmə”, “Xaləddin İsgəndərov həbsə gedir- İSTİNTAQ QRUPU YARADILDI”, “Xaləddin İsgəndərov qəfil niyə məzuniyyətə çıxdı? - O, kimi qoruyur: oğlunu, qardaşını, yoxsa qardaşı uşaqlarını?” və “Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu” 4 müxtəlif başlıqlı, lakin eyni məzmunlu məqalənin 28 saytda yayılması ilə, əvvəlki həftələrdə olduğu kimi, yenə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutmuşdur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Ramiz Yediyarov Gədəbəyi qarış-qarış zəbt edib” adlı məqalənin 7 elektron KİV-də yayılmasıyla Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutur.

Muxalifet.az