​Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunub

Baxış sayı:
1030

Sumqayıtda yanğın qeydə alınıb.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, şəhərin doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət və taxta tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.