Sumqayıtda DƏHŞƏT HADİSƏ: 58 yaşlı kişi üstünə benzin töküb...

Baxış sayı:
6391

Sumqayıtda 58 yaşlı kişi özünə yanıq xəsarətləri yetirib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Dadaşov Kamil İmaddədin oğlu üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə onun bədəninin 70 faizi yanıb.
Yanıq xəsarətləri alan K.Dadaşov dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.
K.Dadaşovun hansı səbəbdən belə addım atdığı bilinmir.
Faktla bağlı araşdırma aparılır.